Şirvanın torpaq problemi Milli Məclisdə gündəmə gətirildi

Hörmətli Sahibə xanım!
Hörmətli Deputat həmkarlarım və media nümayəndələri!

Şirvan şəhəri ilə bağlı seçiciləri narahat edən bir məsələyə toxunacam.

Məlumat üçün deyim ki, 2009 ildə Hacıqabul, Sabirabad, Salyan rayonları və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi haqqında Milli Məclisdə qanun layihəsi qəbul olunub və bu haqda cənab prezident İlham Əliyev də sərəncam imzalamışdır. Bundan sonra Şirvan şəhərinin mövcud şərhədləri böyümüş və şəhərin gələcək inkişafı üçün mümbit şərait təmin edilmişdir. Lakin, əfsuslar olsun ki, qonşu rayonlardan verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı bu günə qədər də dəyişdirilməmiş və və müvafiq mərkəzi icra hakimiyyəti orqanının Normativ hüquqi aktları həmin qanuna uyğunlaşdırılması təmin edilməmişdir.

Bilirsiniz ki, indiki Şirvan şəhəri Azərbaycanın 5 iri sənaye şəhərindən biridir. Sual olunur: Necə ola bilər ki, heç bir kəndi olmayan bir şəhərin torparları kənd təsərrüfatı təyinatlı torpaqlar olsun? Bu gün Şirvan şəhərində Bələdiyyənin hüdudları daxilində yerləşən, bələdiyyə mülkiyyətinə aid yaşayış massivlərində təyinatı dəyişdirilməsi nəzərdə tutulan 485 ha torpaq sahəsi var. Nəticədə insanlarımız öz mülklərini sənədləşdirə bilmir və şəhərin inkişafına böyük maneə törənir.

Bu gün bu məsələnin həlli üçün bütün hüquqi baza vardır:

1. Azərbaycan Respublikasının Torpaq məcəlləsinini 18-ci madddəsində Yaşayış məntəqələri torpaqları və onların tərkibi göstərilir. 18.1 maddəsində deyilir-Şəhər və qəsəbə hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələri torpaqları hesab edilir.

2. Nazirlər Kabinetinin müvafiq qərarlarına(29 dekabr 2000 il, 230 saylı qərar) görə kənd təsərrüfatı təyinatlı torpaqlar Şirvan şəhəri ərazisi hüdudlarından kənarda yerləşir. 

3. 2017-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Şirvan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”nı təsdiq edilmişdir. Bütün müvafiq qurumlarla razılaşdırılaraq Təsdiq edilmiş “Şirvan şəhərinin Baş planı”nında kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi şəhər ərazisinin 1,08 % həcmində təsdiq edildiyi halda sonradan Daşınmaz Əmlakın Kadastrında, bir neçə müddət sonra isə ünvan Reestr xidmətində Şirvan Bələdiyyəsinin mülkiyyətinə məxsus torpaqların elektron daşıyıcısında dəyişiklik edərək kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi dəfələrlə artıq göstərilmişdir.

Və bundan sonra Şirvan şəhərində sözü gedən problem yaranmış və bu günə qədər də həll olunmamış qalır. Nəticədə insanlar şəxsi mülkiyyətlərini sənədləşdirə bilmirlər və s.

Mən aidiyyatı qurumdan xahiş edirəm ki, Şirvan şəhəri ilə bağlı Ölkə başçısı Cənab ilham Əliyevin müvafiq sərəncamından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından irəli gələn və 2033- ilə qədərki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı”nına uyğun olaraq məsələləri həll edərək mövcud problemin qısa müddətdə həllinə köməklik göstərsinlər.

 

İltizam Yusifov,

Milli Məclisin deputatı