10 yanvar 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyası ofisində müşahidələr üçün keçiriləcək treninqlərin təlimçilərinə təlim keçirilib. Təlimdən əvvəl Koalisiyanın həmsədrləri A. M. Kərimov (“Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədi), Q. Ə. İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və Ə. N. Abbasbəyli («Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin sədri) iştirakçılar qarşısında çıxış edərək, “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Q. İbrahimli Koalisiya barədə ətraflı məlumat verərək, təsisçi təşkilatları, onların rəhbərlərini iştirakçılara təqdim edib, Koalisiyanın məqsəd və məramlarını açıqlayıb. Sonra Ə. N. Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib.