Ölkəmizdə fəaliyyət göstərən 39 siyasi partiyasının müraciəti əsasında Milli Məclisdə ,,Siyasi partiyalar haqqında,, qanun layihəsinin ilikin variantı hazırlanaraq ictimai müzakirələrə təqdim olunmuşdur. Azərbaycan son 30 ildə böyük inkişaf yolu keçmişdir.
Demək olar ki, cəmiyyətin hər bir sahəsində böyük dəyişikliklərə imza atılmışdır. Ölkədə iqtisadi və idarəetmə sistemində islahatlar aparılmış, siyasi mühütün daha demokratikləşdirmə prosesi davam etməkdədir. Demək olar ki, bütün siyasi partiyalar arasında dialoq mühütü formalaşmış, milli maraqları kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyəti formalaşmışdır. 44 günlük Vətən müharibəsində siyasi baxışlarından asıllı olmayaraq demək olar ki, bütün partiyaların birləşərək həmrəylik nümayiş etdirərək xalqımızın haqq işini dəstəklənməsi yeni reallıqdır. Müharibədə qazanılmış qələbədən sonra yaranmış yeni reallıqa uyğun siyasi partiyaların aktivliyinin artırıılması və siyasi proseslərdə iştirak edərək cəmiyyətin aktiv qüvvəsinə çevrilməsi aktuallaşmışdır.
Hesab edirəm ki, passiv mövqedə dayanan və siyasi proseslərdən kənarda qalmağına üstünlük verən siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılması da zəruridir. İctimai müzakirələrə təqdim olunmuş qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilmişdir. Qanyn layihəsində siyasi partiyaların fəaliyyətində keyfiyyətin artmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulmuşdur. Qanun layihəsi ilə bağlı Milli Məclisdə ictimai müzakirələr keçiriləcəyi nəzərdə tutulur və səsləndiriləcək yeni səmərəli təkliflər nəzərə alınacaqdır. Milli Məclisin payız sesiyyasında geniş müzakirələr aparılmaqla ,,Siyasi partiyalar haqıqnda,, qanun layihəsi qəhbul olunacaqdır. Hesab edirəm ki, qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühütü keyfiyyətcə yeni mərhələyə daxil edəcək.
Milli Məclisin deputatı Azər Badamov