““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi partiyaların funksiyalarının daha geniş şəkildə şaxələndirilməsini nəzərdə tutur”

Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir. Yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmənin noyabrın 4-də keçirilməsi gözlənilir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əhəmiyyəti və zəruriliyi ilə bağlı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli Sabahinfo.az-a öz fikirlərini açıqlayıb.

Asif Əsgərli deyib ki, ölkənin siyasi həyatında ən önəmli hadisələrdən biri cari ilin iyul ayından başlayaraq siyasi partiyaların da həyatında mühüm rol oyanya biləcək “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması məsələsi olub. Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdiblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Hazırda Milli Məclisin sədri müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər”.

Asif Əsgərli oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirildiyini xatırladıb: “Tədbirdə 30-a yaxın partiya təmsilçisi çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Qeyd olunub ki, təqdim edilən yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekin vurur. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.

Bildirilib ki, qanuni partiya quruculuğu modelinə keçid ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin dövlətimizi və iqtisadi, siyasi müstəqilliyimizi gücləndirən 20 ilə yaxın siyasi rəhbərliyi dövründə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq Qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir”.

YAP rəsmisi bildirib ki, ölkədə yeni siyasi kofiqurasiyanın müəyyən olunduğu bir vaxtda “Siyasi partiyalar haqqında” yeni qanunun olması zərurəti yaranıb: “Partiyaların qanunvericiliklə hüquq və rollarının tənzimlənməsinə ehtiyac duyulduğundan müzakirələr olmalıdır. Qeyd etdiyimiz kimi artıq ilkin ictimai dinləmə olub. Növbəti ictimai dinləmənin yaxın günlərdə keçirilməsi gözlənilir. Təəssüflər olsun ki, bütün bu proseslərdə siyasi partiyalar aktiv iştirak etsə də, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının rəsmiləri heç bir fəallıq göstərmədilər. Yalnız və yalnız öz siyasi ampulalarına uyğun media üzərindən qargüruhçuluq edirlər.  Konkret bir bəndi üzrə deyil, ümumi qanun layihəsinə kölgə salmağa çalışırlar. Əslində, bu kimi addımlar həmin partiyaların rəhbərlərinə xas olan xüsusiyyətdir. Digər partiyalar onlar kimi düşnmürlər. Hər biri konstruktiv şəkildə qanun layihəsinin hər hansı bəndinə düzəlişlərin olması üçün fikir və təkliflərini irəli sürürlər. Ümumiyyətlə, yeni qanun Azərbaycanda siyasi sistemin həm hüquqi tənzimlənməsini, həm də siyasi partiyaların fəaliyyətinin, onların cəmiyyətdə rolunun, vəzifələrinin artırılmasını, eləcə də siyasi partiyaların daşıya biləcəyi funksiyaların daha geniş şəkildə şaxələndirilməsini nəzərdə tutur”.        

Sabahinfo.az