Siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ hesab açması qadağan edilir

Siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir.

Sabahinfo.az-ın xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur.

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab ediləcək.