SOCAR-dan Gürcüstana yüz milyonluq hədiyyə

SOCAR xüsusi sosial məsuliyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Marneulidəki Qızılhacılı kəndində yeni idman kompleksinin açılış mərasimində çıxışı zamanı deyib. “Şirkət bizim fərqli regionlarımızdakı əhali üçün sosial əhəmiyyətli layihələr icra edir. Bugünkü gün bunun sübutudur. SOCAR ölkəyə yüz milyonlarla dollar yatırıb və ölkədə vacib fəaliyyətlər aparır”, – deyə o bildirib.

Qeyd edək ki, “SOCAR Gürcüstan” Qızılhacılı kəndində tikdiyi idman kompleksini dövlətə pulsuz verib.