Soltan Məmmədov şəhid ailəsini ziyarət edib

Bu gün Mərdəkan qəsəbəsində Aprel döyüşləri şəhidimiz Kamran Şirəliyevin evində oldum, valideynləri Faiq müəllim və Elvira xanımla görüşdüm. Aprel döyüşlərinin xalqımızın müasir tarixində xüsusi yeri və rolu var. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsindəki şanlı zəfərimizin başlanğıc nöqtəsi Aprel döyüşləridir. 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə şəhid və qazi olmuş övladlarımız Zəfər gününə doğru tarixi yolun əsasını qoymağa müvəffəq, öz əməlləri, şücaət və qəhrəmanlıqları ilə 2020-ci ildə müqəddəs savaşa qatılmış vətən oğullarına nümunə oldular. Belə övladlarımızdan biri – Kamran Şirəliyev Lələtəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Xalqımız şəhidlərinin xatirəsini heç zaman unutmayacaq..

Soltan Məmmədov