Son sutkada neçə nəfər peyvənd vurdurub?

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 608 vaksin vurulub.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 134 nəfərdir.