İB-i cəmiyyətin sosial-mənəvi həyatı üçün əhəmiyyətli bir layihənin icrasına başlayıb Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İB-yi “Milli ruhda tərbiyyə yeni müstəvidə” layihəsini icra edir. 9 oktyabr 2025-ci il tarixində bu silsilədən növbəti tədbir Xızı rayonunda gənclərin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə Hüseyn İbrahimov müasir dövrdə milli ruhda tərbiyyənin xüsusiyyətlərindən çıxış edərək bu istiqamətdə vətəndaş cəmiyyətinin rolunun əhəiyyətindən bəhs etdi. O, milli ruhda tərbiyyənin daha effektiv artırılması üçün ailə və sosial media institutlarının qarşılıqlı rolu metodları haqqında fikirlər söylənilmişdir. Professor Əyyub Kərimov milli ruhda tərbiyyənin vacibliyini hər zaman diqqətdə saxlanılması üçün mənəvi dəyərlərin, rolunun və gənclərimizin həmin istiqamətdə maarifləndirilməsi üçün sosial şəbəkələrin mənfi steriotiplərindən ailə dəyərlərimizin qorunması yolları haqqında məruzə etdi. Professor Ə. Kərimov həmçinin ideoloji tərbiyyənin bu istiqamətdə təşkili metodlarından bəhs etdi. Tədbirdə rayon icra hakimiyyətinin ictimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Hüseynov çıxış edərək layihənin müasir dövdrdə vacib əhəmiyyyətin danışdı.

