“Əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını hökumətin həyata keçirdiyi sosial siyasətin əsasını təşkil edir”. Bunu Yeni həyat İqtisadi İnkişaf İctimai Birliyinin sədri Ədil Ədilzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əhatə dairəsinə görə fərqlənir: “1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək sərəncam zamanında imzalanan sənəddir. Belə ki, beynəlxalq iqtisadiyyatda baş verən qiymət artımı ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Ərzaq və digər enerji daşıyıcılarında baş verən artımlar vətəndaşların sosial vəziyyətinə müəyyən təsirlər göstərib. Hazırda müharibədən çıəxan bir ölkə kimi, işğaldan azad olunan ərazilərin cənnətə çevrilməsi ilə yanaşı sosial paketlərin həyata keçirilməsi, əmək haqqı, pensiya təminatının yaxşılaşdırılması onu deməyə əsas verir ki, sosial siyasətin və ümumilikdə həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Hər bir vətəndaşımız bu siyasətin müsbət nəticəsindən yayalanır”.
Ə.Ədilzadə onu da qeyd edib ki, son illərdə həyata keçirilən sosial siyasət paketləri nəticəsində ölkəmizdə vətəndaşların sosial rifah halı digər illərə nisbətən artıb. Təşkialt sədri onu da deyib ki, statistik göstəricilərdə onu deməyə əsas verir ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb: “Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir”.