Fevralın 18-dən 20-nədək Bakıda Asiya Parlament Assamblayeasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyyanaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib.
S.Qafarova bildirib ki, APA-nın qəbul etdiyi Bakı Bəyyanaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib.
"Sessiya çərçivəsində mən 9 ölkənin parlament sədrləri və 2 ölkənin sədr müavinləri ilə görüşlər keçirdim".