"Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər".
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Mən də sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirəm. Amma ortada sənəd yoxdur. Yalnız yüzlərlə təklif və fikir var. Hesab edirəm ki, 29.800 kvadrat kilometr ərazilərimizin bizim üçün müzakirə mövzusu ola bilməyəcəyini təkrarlamağa ehtiyac yoxdur. Və sülh müqaviləsi ən qısa zamanda bağlanmalıdır", - Simonyan bildirib.