Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin minimuma endirilməsi məsələlərinə hər zaman böyük diqqət yetirir. Çünki sabitlik şəraitinin yaradılması, milli maraqlara təhlükələrin vaxtında aşkar edilməsi və onların qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır.Azərbaycanda terrorizmə, dini ekstremizmə və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizə sahəsində xeyli təcrübə toplanıb. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi prosesi daim davam edir, hüququn tətbiqi sahəsində ciddi nəticələr qazanılıb. Ölkə Prezidentinin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət Azərbaycandakı ictimai-siyasi sabitliyi, daxili və xarici təhlükəsizliyimizi layiqincə təmin edib.
Bildiyimiz kimi, bir neçə gün əvvəl Prezidenti İlham Əliyev cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Cənab Prezident görüş çərçivəsində bir sıra xüsusi məsələləri diqqətə çatdırıb. Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir. Qeyd edilən fikirlər Azərbaycan və MDB dövlətləri arasında bu istiqamətdə olan güclü qarşılıqlı fəaliyyətin olduğunu deməyə əsas verir.
Digər qeyd edilən məsələ isə Azərbaycanın konstruktiv mövqeyinin göstəricisidir. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Mən bu yaxınlarda demişəm ki, əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Bu birincisi. İkincisi, kimsə vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir.
Bəli, Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa,haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq. Bütün bu prseslərin fonunda Ermənistanın üzərinə məsuliyyət düşür. O məsuliyyət ki, Ermənistan öz öhdəliklərini dərhal icra etməli, üçtərəfli bəyanatın tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır. Belə olduğu təqdridə regiona davamlı sülh gələcək. Əks halda isə qərəzli mövqe yalnız bu dövləti qaranlıq gələcəyə doğru aparacaq.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri