Sülhməramlılarla bağlı Rusiya parlamentinə müraciət ediləcək

"Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı adıçəkilən ölkənin parlamentinə müraciət göndərəcək".

Sabahinfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.