Sülhün təmin olunması üçün Ermənistan erməni diasporunun təsirindən uzaqlaşmalıdır - Fəxrəddin Altun

Regionda sülhün təmin olunması üçün Ermənistan erməni diasporunun təsirindən uzaqlaşmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O vurğulayıb ki, Türkiyənin heç vaxt erməni xalqı ilə problemi olmayıb, amma Ermənistan erməni diasporunun təsiri altında Türkiyəyə qarşı kin və nifrət bəsləməkdə davam edir.

ABŞ prezidenti Co Baydenin "soyqırımı" ifadəsini işlətməsini şərh edən F.Altun vurğulayıb ki, bu ifadə, şübhəsiz, iki ölkə arasındakı münasibətlərə ziyan vuracaq.