Sülhün ünvanı Azərbaycan

Dövlət müstəqilliyinin elan edildiyi ilk illərdə Azərbaycanda yaranmış ictimai-siyasi  və iqtisadi tənəzzül, qlobal böhran ölkəmizin sərbəst fəaliyyətinə ciddi maneələr yaradırdı. Ulu Öndər Heydər Əliyevin xilaskar rəhbər missiyası müstəqilliyimizi yox olmaqdan qurtardı və bu qurtuluş sonrakı mərhələdə dövlət quruculuğu strategiyası ilə davam etdirildi.

Ulu öndər Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz son 18 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı, eyni zamanda regionda liderliyə yüksələrək dünya siyasi proseslərində böyük söz sahibinə çevrildi.   Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir.

Qoşulmama Hərəkatı Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platfor­ma olan beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu quru­mun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək dəyərləndirilir.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu və bu nüfuzlu təsisata sədrlik etdiyi dövrdə təşkilatın prinsiplərinə sadiqliyini daim nümayiş etdirib və onun nüfuzunun artmasına böyük töhfələr verib . Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışla­rının birində bu barədə deyib: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir”.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı mühüm əhəmiyyət kəsb edir. 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin ro­lunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyil. Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Bakının dünyaya sülh və inkişaf mesajı verməsi xüsusi bir hadisədir.

Bu gün Azərbaycan bu baxımdan dünyaya nümunədir.Ölkəmizin davamlı iqtisadi inkişafa malik olması, sosial, humanitar və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi Azərbaycanın dünya birliyində mövqeyini gücləndirir. Milliyyətindən və dini baxışlarından asılı olmayaraq hər kəsin hüquqlarının qorunması, müxtəlif millətlərin mədəniyyətlərinin və adət-ənənələrinin inkişafına şərait yaradılması vətəndaş həmrəyliyini möhkəmləndirir. Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu tolerant məkan kimi ümumbəşəri dəyərlərin inkişafına mühüm töhfələr verir,sülhün və tərəqqinin ünvanına çevrilir.Uğurların daim olsun Azərbaycan!

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri