Sumqayıtda Erkən nigaha son adlı kampaniyaya başlanıldı

“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının
Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01
iyun 2024-cü il tarixindən “Erkən nigaha son adlı kampaniya” adlı layihəsinin
icrasına başlayıb.

Layihənin əsas məqsədi   regionlarda erkən nigaha son qoymaqdır. Gənclər arasında ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq,  erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.

Layihənin 3 ay müddətində Lənkəran ,Masallı, Biləsuvar, Cəllabad rayonlarını və Sumqayıt şəhərini əhatə edəcək.


1-ci tədbir Sumqayıt şəhər Gənclər evində  təşkil olundu. 

Tədbiri giriş sözü ilə layihə rəhbəri Könül Verdiyeva açaraq, ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliğini aparmaq günümüzün vacib mövzusudur. Qeyd etdi ki, bu kimi maariflənmə gənclər üçün lazımlıdır.İndiki gənclər əvvəlki gənclərdən çox fərqlidir. Sanki böyüyə,kiçiyə hörmət itib. Ancaq bu tədbirlər onlarda bu hisslərin aşılanmasına, xoş rəfdarına kömək edəcək.

 Birliyin sədri,  İndira Şəmasivari iştirakçıları salamladı və ailə dəyərləri erkən nigah və onun fəsadları barədə danışdı. O,bildirdi ki, Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə yeniyetmə və gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. 

Məhz buna görə ailə institutu tarix boyu dövlətlərin  formalaşmasında mühüm rol oynamışdır. Ailə cəmiyyətin aparıcı qüvvəsi olan vətəndaşları yetişdirir, dəyərlər sistemini formalaşdırır, sosial münasibətlərin nizamlayıcısı rolunda çıxış edir. Ona görə də cəmiyyətimiz möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Güclü ailə güclü dövlət deməkdir. Məhz bu baxımdan dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir və bu sahə prioritet istiqamətlərdən sayılır. 
Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır. Layihə təlimçisi Validə Əlirzayeva iştirakçılara erkən nigahlar və onların fəsadları barədə geniş məlumat verdi.Boşanmaların sayından və erkən nigahların fəsadlarından doğulan əlil uşaqlardan danışdı. 
Yekunda tədbir iştirakçılarının çıxışları dinlənildi. Müzakirələr çay süfrəsi arxasında davam etdirildi.