Sumqayıt şəhərində 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Eldar Firudin oğlu Abdullayevin anım mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin komitə sədri Hicran Hüseynova, şəhidin doğmaları, şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Milli Məclisin deputatı şəhidin yaxınları ilə söhbət edib, onların dərdlərinə şərik olub.
Qeyd edək ki, şəhid Eldar Firudin oğlu Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.