Sürətli inkişafa təkan verən, aqrar sahədə olan şəffaflıqdır

Azərbaycan dövlətinin tarixinə nəzər salanda açıq-aydın görünür ki, bütün sahələrin inkişafında ilk başda bünövrə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur, kənd təsərrüfatı sahəsidə şübhəsiz ki, bu kateqoriyaya daxildir. Ümummilli lider Heydər Əliyevin 1993-cu il iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da səmərəli islahatların təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə Prezidenti aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. 

Hal-hazırda Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatına xüsusi diqqət və qayğısı dövlətimizin günü-gündən uğurlu inkişafını təmin edir. Ölkəmizin bütün regionlarında kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir, sahibkarlara, fermerlərə, kənd təsərrüfatı işçilərinə dövlətimiz tərəfindən xüsusi qayğıyla yanaşılır, maddi dəstək göstərilir, böyük güzəştlər olunur, eyni zamanda da hər bir sahibkara, fermerə mənəvi dəstək göstərilir. 

Prezident İlham Əliyevin uğurlu həm daxili, həm xarici siyasəti sayəsində dədə-baba torpaqlarımız olan Qarabağı düşmən tapdağı altından, işğaldan azad edəndən sonra, Qarabağ zonasında da kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülür, vacib və çox uğurlu addımlar atılır. Ölkə başçısı Cənab Prezident İlham Əliyevin çoxşaxəli siyasəti hesabına, ölkədə bütün sahələrin inkişafı birbaşa onun nəzarəti altındadır, eləcə də kənd təsərrüfatı, bütün uğurlu işlərin, sürətli inkişafın təməlini o qoymuşdur, onun adıyla bağlıdır. 

Cənab Prezident təsadüfən gənclərin qəlbinə yol tapmamışdır, təsadüfən bu möhtəşəm və böyük sevgini qazanmamışdır. Çıxışları zamanı həmişə gənclərə xüsusi qayğıyla yanaşan Prezident, son çıxışında demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz butun işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu qısa cümlələrdən ibarət olan sözün, məna yükü çox böyükdür, bu çıxışda gənclərə olan səmimi sevgini hiss etməmək mümkün deyil. Cənab Prezident hər zaman milli dəyərləri müdafiə etmişdir, ölkənin inkişafı üçün əlindən gələni etmişdir və gənclərə də tövsiyyəsi bu olmuşdur. Daim bütün çıxışlarında gənclərə mənəvi dəstəyini açıq-aydın büruzə verən Prezident, həmişə onların yanında olduğunu tək sözdə deyil, əməldə də sübuta yetirmişdir. Bu səmimi dəstək və qayğı sayəsindədir ki, bu gün ölkədə gənclərdən asılı olan bütün sahələr uğurla inkişaf edir. 

Kənd təsərrüfatı naziri İnam Kərimov həm Qarabağ zonasında, həm də ölkəmizin digər regionlarında çox böyük işlər görür. Cənab nazir İnam Kərimovun rəhbərliyi altında, şəffaf və uğurlu fəaliyyət hesabına şübhəsiz ki, hələ kənd təsərrüfatı sahəsi özünün çox böyük inkişaf mərhələlərini keçəcəkdir. 

Kənd Təsərrüfatı Nazirliyinə tabe olan Aqroservis Açıq Səhmdar Cəmiyyəti sədr Elmin Rəhmanovun rəhbərliyi altında çox böyük işlərə imza atmışdır, vətəndaş məmnunluğu yüksək səviyyədədir. Sahibkarlara, fermerlərə kənd təsərrüfatı texnikaları, gübrələr, südlük-ətlik mal-qaralar yüksək güzəştli şərtlərlə verilir. Bu qurumun şəffaf çalışması, bütün zəhmətkeşlərin işinə həvəslə yanaşması üçün böyük təkandır. 

Hal-hazırda aqrar sahədə çalışan bütün rəhbər şəxslər şəffaf çalışmaqla bütün zəhmətkeş insanları bu sahəyə daha da cəlb edə bilirlər, vətəndaş məmnunluğu günü-gündən artır. Təbii ki, nəticədə bu uğurlu iş fəaliyyəti ölkəmizin, dövlətimizin inkişafına xidmət edir. 

Qarabağ ərazisi, işğaldan əvvəl yüksək kənd təsərrüfatı göstəricilərinə sahib idi. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşürdü. İndi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün çox sürətli şəkildə böyük işlər görülür. 

Sürətli inkişaf üçün şəffaflıq çox önəmlidir, bu gün aqrar sahədə şəffaflıq tam təmin olunur, vətəndaş məmnunluğu günü-gündən artırılır. Kənd təsərrüfatı məhsullarının xaricdən idxalını minimuma endirmək üçün, mümkün olan bütün quvvələr səfərbər edilir. Bu gün aqrar sahədə əldə olunan uğurlu nəticələr əminliklə söyləməyə imkan verir ki, yaxın gələcəkdə daha da böyük nailiyyətlər əldə etməyimiz qaçınılmazdır.

Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini,
Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının işçisi.