Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirildi

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında "Fərat Qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatı zonalarını atəşə tutmağa cəhd edərkən YPG-nin (PKK-nın Suriya qanadı) 8 silahlısını zərərsizləşdirib.

Sabahinfo.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilata görə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.