Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.
Qoruq İdarəsindən Sabahinfo.az-a verilən məlumata görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur.
İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avtodayanacaqla təmin olunması nəzərdə tutulur.
Şirkətlər avqustun 9-a kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə avqustun 18-ə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.
Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.