Tailand Kral Donanması İsrailin “Elbit Systems” şirkətinə ümumilikdə 107 milyon dollar dəyərində “Hermes 900” pilotsuz uçuş aparatları sifariş edib.
Alqı-satqı müqaviləsi Banqkokdakı Hərbi Dəniz Qüvvələrinin qərargahında Taylandın Baş Komandanı Admiral Somprasonq Nilsamay və “Elbit” şirkətinin biznesin inkişafı üzrə meneceri Nissim Assaf Koen tərəfindən imzalanıb.
Məlumata görə, PUA-lar dəniz patrulları, izlənmə və təbii fəlakətlər zamanı yardımın göstərilməsi üçün istifadə olunacaq.
Aparatların şatdırılması 2022-2025-ci maliyyə illərinə planlaşdırılır.
Qeyd edək ki, “Hermes 900”ün qanadlarının uzunluğu 15 m, çəkisi 970 kq, gövdəsininnin daşıma qabiliyyəti 350 kq-dır. O, 9,1 min metr yüksəklikdə yanacaq doldurmadan 36 saata qədər havada qala bilir.