Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, iki tərəfli və çoxtərəfli əlaqələrin daha da dərinləşməsinə gətirib çıxarıb. Artıq bu gün Azərbaycan Qafqazda söz sahibi olan ölkələr arasındadır. Hətta bir sıra döblət başçıları prezident seçildikddən sonra da ilk səfərləri sırasına Azərbaycanı daxil etməsi uğurlu beynəlxalq siyasətdən xəbər verir.
Siyasət tarixində uğurun əldə olunmasında beynəlxalq əlaqələr xüsusi rol oynayır. Bu istər müharibə, istər hər hansı qərarların qəbulunda özünü daha qabarıq şəkildə göstərir. Beynəlxalq tribunalarda bu kimi əməkdaşlıqlar ümumi maraqların qorunmasına xidmət edir.
Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu beynəlxalq siyasətdə İraqla əməkdaşlıq da mühüm yerlərdən birini tutur. Biz bunun İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri zamanı bir daha əyani şahidi olduq.
Azərbaycan-İraq münasibətlərinin tarixi keçmişi var. Hər iki dövlətin qədim sivilizasiyasiyaların və mədəniyyətlərinin olduğunu nəzərə alsaq iki ölkə arasında münasibətlərin formalaşmasında mədəni və tarixi irsin rolunu xüsusi qeyd etmək lazımdır. Mədəni və tarixi əlaqələr diplomatik müstəvidə də biri-birini tamamlayır. Siyasi dialoqun inkişaf etdirilməsində və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın gücləndirilməsində qarşılıqlı maraq artan xətlə yüksəlir və bu dinamika gələcək münasibətlərin perspektivliyindən xəbər verir.
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis edilən Qoşulmama Hərəkatında, eyni zamanda 1969-cu ildə yaradılan İslam Əməkdaşlıq Təşkilatında hər iki dövlətin təmsil olunması və qaldırılan məsələlərdə vahid mövqedən birgə çıxışa, əsas qlobal problemlər üzrə müzakirə, həmrəylik və dəstək üçün geniş imkanlar yaradır.
İraq prezidentinin Bakı səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələrin keçirilməsi, sosial sahə üzrə əməkdaşlıq, təhsil və digər sahələr üzrə əldə olunan razılaşmalar ümumilikdə regionda baş verən hadisələrdə vahid mövqedən çıxış imkanları baxımından mühüm hadisədir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı