Tarixi nailiyyətlərin davamına səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadənin YAP Lənkəran rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyduğunu söyləyib.

Çıxış edən deputatlığa namizəd Cavanşir Paşazadə əvvəlcə YAP-ın seçki platformasından danışıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun Azərbaycana davamlı nailiyyətlər və möhtəşəm qələbələr qazandırdığı vurğulanıb.

C.Paşazadə seçiciləri fəal olmağa, 1 sentyabrda seçki məntəqələrinə gələrək ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Sonra çıxış edənlər tarixi nailiyyətlərin davamı üçün seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.