"Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili" adlı layihəsi yekunlaşmışdır.
Ərazi bütövlüyümüzün bərpası və milli qürurumuzun təntənəsi münasibətilə gənclər arasında Kim? Harada? Necə? intellektual müsabiqəsinin təşkil edilməsi və onların intellektual bacarıqlarının inkişaf etdirilməsi sahəsində "Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili" adlı intellektual müsabiqəsi üzrə layihəsini yekunlaşdırmışdır.
"Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi" İctimai Birliyi tərəfindən icra edilən və Bərdə, Ağdam və Tərtər rayonlarında baş tutan intellektual yarışmada ümumulikdə 45 nəfər gənc iştirak etmişdir. Gənclər adıçəkilən rayonlarda təhsil alan və ya 11-ci sinifi bitirmiş gənclər olmuşlar. Ümumilikdə yarışmada 65 sual səsləndirilmişdir. Gənclər səsləndirilən sualların təxminən 85 %-nə cavab vermişlər. 22 iyul 2024-cü il tarixində Bərdə şəhərində keçirilən final və superfinal mərhələsi kifayət qədər gərgin keçmiş və üç turun sonunda Bərdə şəhəri 5 saylı tam orta məktəbi təmsil edən "Big Bang" komandası qalib gəlmişdir.
Tarixi Zəfər mövzusunda təşkil olunan Kim? Harada? Necə? intellektual müsabiqəsində iştirak edən bütün gənclər sertifikatlarla, finalda və superfinal iştirak edən gənclər isə qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.