Panama bayraqlı yük gəmisi Tayvan sahillərində batıb. Buna “Nalqau” tropik fırtınasının dənizdə yaratdığı tufan səbəb olub.
Hadisə zamanı beş nəfər xilas edilib, 12 nəfər itkin düşüb.
Sement daşıyan yük gəmisi “Shin Shuen No.1” güclü dalğalarla toqquşub, onun əsas mühərriki sıradan çıxıb.
Əraziyə iki “Black Hawk” helikopteri göndərilib və İndoneziyadan olan üç ekipaj üzvü müalicə üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Gəmidə qalan 17 ekipaj üzvü gəmini tərk edib. Bundan sonra isə gəmi batıb.