Pam siklonu Vanuatuda ciddi dağıntılar törədib. Sakit okeanda 60-dən çox adadan ibarət olan bu cırtdan dövlət iki gün davam edən təbii fəlakət demək olar ki həyatı iflic edib. Bəzi məlumatlara görə 40-dan çox sakin həlak olub və ya itkin düşüb.İnfrastruktur dağıldığından içməli su problemi yaranıb.