“Bələdiyyənin uğur qazanması və sakinlərin yanında nüfuz sahibi olması bir neçə məqamdan çox asılıdır. Onlardan biri bələdiyyə qulluqçularına normal əmək fəaliyyəti üçün şəraitin yaradılması, digəri isə inzibati binaya gələn sakinlərə göstərilən xidmət səviyyəsinin daim artırılmasıdır”- bu fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədr qeyd edib ki, ilk növbədə hər bir bələdiyyə sədri qulluqçularına və vergi xidmətinin əməkdaşlarına normal şəkildə çalışması, habelə vətəndaş qəbullarının təşkili üçün inzibati binada normal şərait yaratmağa bocrludur.
Bunun üçün sədr olaraq bələdiyyə iclasında məsələ qaldırılmış və inzibati binada bələdiyyə qulluqçularının fəaliyyəti üçün əlavə tələb olunan məqamlar öyrənilmiş və tez bir zamanda icrası həyata keçirilmişdir. Vergi xidmətinin fəaliyyəti üçün lazımi texniki təchizat məsələləri öz həllini tapmış, həmçinin otaqlarda, o cümlədən inzibati binanın fasadında cari təmir işləri aparılmasına start verilmişdir.
Sürətli şəkildə həyata keçirilən layihəyə yaxın günlərdə yekun vurulacaqdır.
Sədr qeyd edib ki, yeni təsdiq edilən büdcə layihəsində növbəti ildə bələdiyyənin səmərəli fəaliyyəti ilə vergi ödəyicilərinə xidmətini uğurla davam etdirəcəkdir.