Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yeni rəis təyin olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.
Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad dilərək təqaüdə göndərilmişdi.