"Təqsirkarı müəyyən etməkdə çətinlik çəkirik" - "Azəriqaz"ın Baş direktoru

“Biz “Azəriqaz” olaraq pərakəndə satış, paylanma edirik və birbaşa abonentlərlə ünsiyyətdəyik. Artıq 2 milyon 700 min abonentə xidmət göstəririk, hər il bu rəqəm artır. Bizim əsas problemlərimizdən biri köhnəlmiş şəbəkə aktivlərimizdir. Hazırda müəyyən investisiya proqramları həyata keçirilir, maliyyə resurlsarı məhddudur. Tarif olanda artıq lazım olan bütün investisiyalar tarifdə əksini tapa biləcək".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı “Azəriqaz” İB-nin Baş direktoru Azər Məmmədov deyib.

"Qazın talanması hallarında məsuliyyətin daha obyektiv şəkildə müəyyənləşdirilməsi və yalnız texniki müdaxiləni edən şəxslər deyil, fayda əldə edənlərin məsuliyyət daşınması mexanizminin hüquqi əsasla dəstəklənməsi zəruridir. Sayğaclara müdaxilə var və biz son statistikaya baxanda o müdaxilələrdə təqsirkar trəfi müəyyən etməkdə çətinlik çəkirik. İstər-istəməz təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir. Biz istəyirik ki, bu prosesləri ayıraq. Buna görə təkliflər hazırlayırıq və öz fikilərimizi rəsmi formada təqdim edəcəyik”, - deyə Baş direktor bildirib.