"Tərtər işində işgəncə əmrini verənləri cəmiyyət görmək istəyir" - Qənirə Paşayeva

"Tərtər işində təqsiri olanlar nəinki bəraət alan şəxslərin ailəsindən, həm də biz deputatlardan üzr istəməlidirlər. Çünki biz onları müdafiə edəndə bizi də günahlandırırdılar ki, siz casusları müdafiə edirsiniz?! Biz casusları yox, haqları müdafiə edirdik".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün kçeirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, bəraət alan şəxslərin ailələri göz yaşı tökərək yaxınlarının, doğmalarının casusluq adı ilə damğalanmasına etiraz edirdilər: “Aidiyyəti üzrə müraciət edəndə bizi günahlandırırdılar. Halbuki tələb edirdik ki, işə yenidən baxılsın. Ona görə də təqsirkarlar bəraət alanların valideynlərindən, uşaqlarından televiziya önündə üzr istəməlidirlər. Qoy hamı onların kimliyini bilsin. İşgəncə əmrini verənləri cəmiyyət görmək istəyir ki, onlar hansı ağır cəzanı alıb. Ali Baş Komandan İlham Əliyevə xalqın inamı hər zaman qalib gəlir”.