Tətildən gələn həftə qayıdırlar

Milli Məclisin deputatları gələn həftə tətildən qayıdacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. MM-in komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

Qeyd edək ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u cümə axşamı gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.

MODERN.AZ