Əksər aviaşirkətlərin seçdiyi oturacaqların mavi rəngi təkcə "ləkələnməməsi" üçün deyil, bunun psixoloji səbəbləri də var. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, "The Sun" nəşri yazır ki, məşhur tünd göy rəngin əsas səbəbi, narahatlıq ehtimalını azaltmaq və sağlamlıq hissi yaratmaqdır.
Mavi ürəyin fəaliyyətinə müsbət təsir edir, nəfəs almağı azaldır, buna görə meditasiya və ya istirahətdə yaxşı köməkçi ola bilər. Bu rəng həm də "etibarlı" sayılır.
Mavi rəng sərnişinlərdə həm də əminlik yaradır. Əlavə olaraq, bu, sərnişinlərin "daha təravətli və sərin" hiss edəcəklərinə zəmanətdir.
Eyni zamanda nəşr xatırladır ki, 1970-80-ci illərdə aviaşirkətlər kabinələrinə qırmızı oturacaqlar qoymağa meyl edirdilər. Və buna görə də onlardan imtina edilməsinə qərar verildi - həm də isti rənglərin ümumiyyətlə duyğular doğurduğuna və qırmızıların qıcıqlanmaya səbəb ola biləcəyinə inandıqları üçünimtina etdilər.