“Hazırda “Ticarət haqqında” qanunun hazırlanması üzərində iş gedir”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə deyib.
"Bu, məhz daxili ticarətin tənzimlənməsinə kömək edəcək qanunlardan biri olacaq. Hansı ki, bu qanun Rəqabət Məcəlləsi ilə bir yerdə kompleks şəkildə tətbiq ediləcək", - deyə komitə sədri bildirib.