“Tik Tok” fakültəsi açıldı

Sosial media və universitet dünyasında bir ilk yaşanıb. “Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, video paylaşım platforması olan “Tik Tok” adına fakültə açılıb.

Ukraynanın paytaxtı Kiyevdə açılan fakültənin məzunları da diplom alacaqlar.

Açılışı da, ölkənin “Tik Tok” fenomenlərindən olan Mixail Poplavski edib. Bildirilib ki, Kiyev Mədəniyyət Universitetində açılan fakültə universitet tələbələri üçün pulsuz olacaq.