“Daqqılı” ləqəbli bloqer Ziliş Cəfərovun saxlanılmasının səbəbləri açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sabahinfo.az-a açıqlamasında bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “TikTok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.
Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.