Əməyi keçən, başsağlığı verən hər kəsə təşəkkür edirəm.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində deyib.
O, sosial şəbəkədə yayımlanan Əməkdar artistin qızının adına fondun açılması ilə bağlı ünvanlanan sualı cavablandırmayıb.
Aparıcı Zaur Bəxşəliyev Tünzalə ilə mənəvi bacı-qardaş olduqlarını və ölüm xəbərindən çox təsirləndiyini qeyd edib.