Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatları 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub.
sabahinfo xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçuş aparatları ilə (PUA) bağlı yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir. PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.
"PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib", - məlumatda qeyd edilib.