Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələlələri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib.
Sabahinfo.az məlumatına görə, bunu Türkiyənin milli müdafiə nazir Hulusi Akar ölkə parlamentində nazirliyin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşmə, təlim və hazırlıq fəaliyyətlərinə dəstək göstərir, işğaldan azad edilmilş ərazilərdə minaların birgə təmizlənməsi prosesini davam etdirir.
"Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Təhlükəsizlik başda olmaqla bütün sahələrdə əməkdaşlığımızın nəzərdə tutulduğu Şuşa bəyannaməsi də bu istiqamətdə atılan tarixi bir addımdır",- deyə H.Akar bildirib.