"Türkiyə böyük keyfiyyətli neft yatağı kəşf edib" - Ərdoğan

Türkiyə ölkənin şimal-şərqindəki Xəbər dağı ərazisində yeni neft yatağı kəşf edib.

Sabahinfo.az  "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, aşkar edilmiş neft ehtiyatlarının xalis həcmi 150 milyon barel, ehtiyatların dəyəri isə təxminən 12 milyard dollar qiymətləndirilir.

"Bu, 2022-ci ildə quruda kəşf edilən 10 ən böyük yataqdan biridir", - Türkiyə lideri qeyd edib.