Türkiyə əhalisi artıb

Əhali artıb. Bu artım hər ölkədə olduğu kimi Türkiyədə baş verib. SABAHİNFO.AZ xəbər verir ki, Türkiyə Statistika Təşkilatı bu yöndə ciddi iş aparıb və nəticəyə görə, 1 dekabr 2021-ci il tarixinə Türkiyedə yaşayan əhalinin sayı əvvəlki ilə müqayisədə 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb. Kişi əhali 42 milyon 428 min 101 nəfər, qadın əhali isə 42 milyon 252 min 172 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edib.