Türkiyə səfirindən seçki ilə bağlı ÇAĞIRIŞ

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına çağırıb edib.

Sabahinfo.az xəbər verir ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladan diplomat vətəndaşları səsvermədə iştirak etməyə çağırıb.

“Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər. Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq”, - deyə səfir bildirib.