Türkiyə hakimiyyəti turistlərə kirayə evlərin verilməsi qaydalarını sərtləşdirib.
Müvafiq qərar “Resmi Gazete”də dərc olunub.
Sənədə əsasən, mənzili 100 günə qədər kirayə verərkən artıq ev sahibi binadakı bütün ev sahiblərinin razılığını, eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən xüsusi lisenziyanı almalıdır. Bu, qonaqlarla müqavilə bağlamazdan əvvəl edilməlidir.
Yeniliklərə görə, kirayə verilən evin girişində əmlakın turistlərə icarəyə verildiyini bildirən xüsusi lövhə asmaq lazımdır. Lisenziya və lövhənin alınması üçün rüsumun məbləği nazirlik tərəfindən müəyyən ediləcək.