Azərbaycan tərəfindan Ukraynaya göndərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədi ilə yardımın məbləği 57 milyon manatdan artıq (taxminan 34 milyon ABŞ dolları) təşkil edib ki, bunun da yarıya qədəri ötən il göndərilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd edilib ki, Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin ilk günlərindən etibarən Azərbaycan qardaş dəstəyi nümayiş etdirərək dərhal axtarış və xilasetmə dəstələri, tibbi könüllülər, habelə müxtəlif humanitar yardımlar göndərib. Azərbaycan bölgəyə 940 nəfər xilasedici, tibbi heyət və könüllü dəstələri, habelə 5 min 300 tondan artıq humanitar yük göndərib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Eyni zamanda, AFAD və zəlzələ bölgəsində çalışan digər humanitar qurumların bank hesabına Azərbaycandan 45 milyon ABŞ dollarından artıq vəsait köçürülüb. 20 mart tarixində Brüsseldə keçirilmiş "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə Beynəlxalq Doronlar Konfransında Azərbaycan Respublikasının xarici işlər naziri iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Türkiyənin zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə yaşayış binalarının, təyinatlı obyektlərin və təhsil ocaqlarının tikintisi üçün Azərbaycan Respublikası tərəfindən 100 milyon ABŞ dolları məbləğində dəstəyin göstəriləcəyini elan edib. Bu çərçivədə bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikası tərəfindən 2023-cü ildə 60 milyon ABŞ dollarına yaxın (100 milyon manat) vəsait ayrılıb.
2023-cü il ərzində Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım göndərilməsi davam edib. Ümumilikdə, Azərbaycan tərəfindan Ukraynaya göndərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədi ilə yardımın məbləği 57 milyon manatdan artıq (taxminan 34 milyon ABŞ dolları) təşkil edib ki, bunun da yarıya qədəri ötən il göndərilib.