Türkiyə hüquq mühafizə orqanları tərəfindən İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin müəyyən edilməsi üçün əməliyyat keçirilib. Nəticədə 12 şübhəli saxlanılıb. Onlardan biri azərbaycanlıdır.
Əməliyyat İstanbul, Konya və Antalyada eyni vaxtda keçirilib.
Məlum olub ki, saxlanılanlardan Bülent Özbuğday adlı şəxs İŞİD adına fəaliyyət göstərən “Takva” qrupunu yaradıb və qrup üzvlərinin toplanması üçün icarəyə götürdüyü yeri məscidə çevirib, orada təşkilati fəaliyyətlər həyata keçirib.
Həmin təşkilatın üzvü, əslən Azərbaycandan olan Əbdürrəhman Mediyev münaqişə zonasından gələnlərin məskunlaşmaları üçün yerlər təşkil edib, münaqişə zonasında olan təşkilat üzvlərinin ailələrinə köməklik göstərib və münaqişə zonasına getmək istəyənlər üçün maddi-texniki dəstək verib.
Bundan başqa saxlanılanlar arasında İŞİD tərəfindən Mərmərə üzrə “məsul” və qazı olaraq təyin edilən Bülent Özbuğday və onun İstanbul “valisi” təyin etdiyi Selman Salış da var.