Sabahinfo.az–ın məlumatına görə,
26 yaşlı Serkan İxtiyar öz toyunda qətlə yetirilib. 26 yaşlı
gənci onun əmisi oğlu Rəşid Gənc öldürüb.
Məlumata əsasən, bir neçə gün bundan öncə İxtiyar bütün
qohumlarını toya dəvət edib. Dəvət olunanlar arasında əmisi oğlu da olub.
Özü ilə tapança götürən Gənc toyun ortasında bəyə arxadan
yaxınlaşıb və onun kürəyinə dörd dəfə atəş açıb.
Aldığı yaralardan bəy yerində keçinib.
Atəş açan şəxs bir neçə saat sonra saxlanılıb. Gənc ifadəsində
bu günü artıq üç ildir ki, gözlədiyini deyib.
"Bu, qanlı intiqam idi. Üç il bundan öncə mənim qardaşım İxtiyar
sərxoş halda yol qəzası törədən zaman onun maşınında həlak olub. O, şərti cəza
aldı, mənim qardaşım isə öldü. O zaman qardaşımın intiqamını alacağım barədə
özümə söz verdim”, - Gənc polisə bildirib.
Fakt üzrə istintaq aparılır.