Türkiyədə terror planlaşdıran şəxs saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində İŞİD üzvü İbrahim Burtakuçin saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən toplanan kəşfiyyat məlumatlarına görə, Burtakuçinin Türkiyədə İŞİD adından fəaliyyət göstərdiyi, fürsət yaranarsa münaqişə zonalarına səyahət edərək təşkilata qoşulmağa çalışdığı və ilin əvvəlində Türkiyədə İŞİD adından hücumlar həyata keçirməyə hazırlaşdığı aşkar edilib.

Şübhəlinin həm Türkiyədə daxilində, həm də xaricdə bir çox İŞİD tərəfdarı ilə əlaqədə olduğu müəyyən edilib.