Türkiyəli meteoroloq Fırat Çukurçayır ölkədə rekord temperaturlar proqnozlaşdırıb. O, bildirib ki, 2024-cü ildə havalar əhəmiyyətli dərəcədə isti olacaq.
Ekspert Türkiyədə temperaturun 2023-cü ilin oktyabr ayına qədər normadan yüksək həddə qalacağını, Egey, Aralıq dənizi, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində temperaturun daha kəskin olacağını söyləyib.
“El-Nino fenomeninin temperatura təsiri adətən onun başlanmasından bir il sonra nəzərə çarpır. Buna görə də Türkiyənin hazırda 2023-cü ildə yaşadığı istilərin 2024-cü ildə özünü daha kəskin göstərməsi ehtimalı var”, - Çukurçayır vurğulayıb.
O əlavə edib ki, 2016-cı il ölkə tarixində ən isti il olub. Lakin bir il sonra 2016-cı ildə müəyyən edilmiş temperatur rekordunun keçiləcəyi proqnozlaşdırılır.