Noyabrın 27-də Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olub.
Səfəri işıqlandıran türk nəşrləri Ərdoğan və Berdiməhəmmədovun həyat yoldaşları ilə birgə fotolarını dərc ediblər. Bu, Türkmənistanın birinci xanımı Oqulgerek Berdiməhəmmədovanın ilk rəsmi fotosudur.
Qurbanqulu Berdiməhəmmədov tez-tez televiziyada övladlarının və nəvələrinin əhatəsində göstərilsə də, həyat yoldaşı göz önündə olmayıb.