Ukrayna Baş Qərargahı: "Son sutkada İran istehsalı olan 12 PUA zərərsizləşdirilib

“Son sutkada Ukrayna Silahlı Qüvvələri İran istehsalı olan 12 PUA-nı məhv edib”.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Qeyd olunub ki, həmçinin Rusiyanın 2 hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib:

“Bundan başqa, 12 nəzarət məntəqəsi, canlı qüvvə, silah-sursat və hərbi texnikanın cəmləşdiyi 17 ərazi, eləcə də düşmənin 20-dən çox digər mühüm obyekti vurulub”.

Məlumata görə, Belarusun müdafiə-sənaye kompleksi artıq döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur:

“Ötən sutka ərzində Rusiya tərəfi 1 ballistik və 28 qanadlı raket atıb. Qanadlı raketlərdən 2-si məhv edilib”.